Pakistanın Hayber Paxtunxva əyalətində koalisiya hökumətinin tərəfdaşlarından olan İslam Üləma Cəmiyyətinin konqresini hədəf alan bombalı hücumda 35 nəfər ölüb, 80-dən çox adam yaralanıb.
Bu barədə "Operativ Media" dünya mediasına istinadən xəbər verir.
Məlumata görə, hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.