Türkiyə yeni yüksək texnologiyalı məhsullar təqdim edəcək
“IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində 120 təqdimat proqramı, əməkdaşlıq protokolu və razılaşmanın imzalanma mərasimi keçirilib.
"Operativ Media" nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə İstanbul şəhərində keçirilən sərginin bağlanış mərasimində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, “IDEF-23” müdafiə sənayesi sahəsində əməkdaşlığı daha da gücləndirəcək. Ərdoğanın sözlərinə görə, Türkiyə yaxın zamanda yeni yüksək texnologiyalı məhsullar təqdim edəcək.
Teqlər:
"Türkiyə yeni yüksək texnologiyalı məhsullar təqdim edəcək"