BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Astana danışıqlarında iştirak edəcək
Nərmin Qocamanlı
BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen iyunun 20-21-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Suriya üzrə beynəlxalq toplantıda iştirak etməyi planlaşdırır.
"Operativ Media" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.
"Həmişə olduğu kimi, müşahidəçi ölkələrin nümayəndələri iştirak edəcəklər. Bunlara Suriyanın qonşu ölkələri İraq, Livan və İordaniya daxildir. BMT baş katibinin Suriya məsələsi üzrə xüsusi nümayəndəsi cənab Geir Pedersen də buradadır”, - deyə Boqdanov jurnalistlərə bildirib.
Teqlər:
"BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Astana danışıqlarında iştirak edəcək"