XİN Azərbaycan-Belarus əlaqələrinin 30-cu ildönümü ilə bağlı paylaşım edib
Nərmin Qocamanlı
Azərbaycan-Belarus ikitərəfli əməkdaşlığın daha da dərinləşməsini səbirsizliklə gözləyirik.
"Operativ Media" xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin tviter hesabında Belarusla ölkəmiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə paylaşımda deyilir.
“Bu gün Azərbaycan və Belarus arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümüdür.
Bu münasibətlə Belarus hökumətinə və xalqına səmimi arzularımızı çatdırır və Azərbaycan-Belarus ikitərəfli əməkdaşlığın daha da dərinləşməsini səbirsizliklə gözləyirik”, - Azərbaycanın xarici siyasət idarəsindən qeyd edilib.
Teqlər:
"XİN Azərbaycan-Belarus əlaqələrinin 30-cu ildönümü ilə bağlı paylaşım edib"