KTMT-ni daim tənqid edən Armen Qriqoryan təşkilatın iclasında iştirak edəcək
Redaksiya
Vaxtaşırı KTMT-dən şikayətlənən və KTMT-ni tənqid edən Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan bu gün KTMT TŞ katiblərinin iclasında iştirak edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə “Joqovurd” gündəlik qəzetinə hökumətdən bildirilib.
Qeyd olunub ki, Nikol Paşinyanın qərarı ilə Qriqoryan sessiyada iştirak etmək üçün iyunun 7-8-də Belarusa göndəriləcək.
Armen Qriqoryan həmçinin anti-Rusiya mövqeyi ilə tanınır. KİV-ə görə, o KTMT-ni daim tənqid edir, hətta mütəmadi olaraq KTMT-dən çıxmağa çağırır.
Teqlər:
"KTMT-ni daim tənqid edən Armen Qriqoryan təşkilatın iclasında iştirak edəcək"