Menyu

Hakan Fidan tviterə qoşulub

Hakan Fidan tviterə qoşulub

Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan vəzifəsinin icrasına başladıqdan sonra ilk paylaşımını edib.

"Operativ Media" xəbər verir ki, o tviterdə yaratdığı rəsmi hesabından Milli Kəşfiyyat Təşkilatının rəhbəri vəzifəsini İbrahim Kalına təhvil verdiyini bəyan edib. Həmçinin xarici işlər naziri vəzifəsini ona həvalə edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını ifadə edib. Qeyd edək ki, hesab yaradılan zaman Hakan Fidanın yeganə izləyicisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olub. Lakin bir neçə saat sonra yeni nazirin izləyicilərinin sayı yüz əlli mini keçib.

Teqlər:

"Hakan Fidan tviterə qoşulub"

Əlaqəli Xəbərlər