Menyu

Avropa Parlamentində Azərbaycanın enerji siyasəti müzakirə olunub

Avropa Parlamentində Azərbaycanın enerji siyasəti müzakirə olunub

Ölkəmizin Belçikadakı səfirliyinin təşkilatçılığı ilə Avropa Parlamentində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın təqdimatında Avropanın etibarlı enerji təchizatçısı və tərəfdaşı kimi Azərbaycanın enerji siyasəti üzrə müzakirə aparılıb.

"Operativ Media" xəbər verir ki, tədbirdə Avropa İttifaqı institutlarının rəsmiləri, tədqiqat mərkəzlərinin ekspertləri və Brüsseldə fəaliyyət göstərən diplomatik korpusun enerji üzrə məsul əməkdaşları iştirak ediblər.

Qeyd olunan tədbirdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin əhəmiyyəti, yaşıl enerji keçidi, mənbələrin və marşrutların şaxələndirilməsi və bərpa olunan mənbələrin inteqrasiyasına ehtiyac, son aylarda Azərbaycanla enerji tərəfdaşlığının Aİ üçün əhəmiyyəti, Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi həlledici rolu müzakirə olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər