Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco" OPEC+ nazirlərinin iyunun 4-də keçirilən 35-ci iclasından sonra Asiya, ABŞ və Avropadakı alıcılar üçün neftin qiymətini qaldırıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "The VVall Street Journal" şirkətin məlumatlarına istinadən məlumat yayıb. Bildirilib ki, "Arab Light" markalı neftin qiyməti Oman/Dubay etalonunun qiymətindən 2,55 ABŞ dolları yüksək olacaq. Şirkət, həmçinin Asiya bazarına çıxardığı neftin bütün növləri üzrə qiymətləri eyni məbləğdə artırıb. ABŞ və Şimal-Qərbi Avropa üçün "Saudi Aramco"nun tədarük etdiyi bütün növ neftin qiymətində də 0,9 dollar artım müşahidə olunub.