Azərbaycan Çin ilə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələri müzakirə edib
Nərmin Qocamanlı
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin "China International Energy Sources Group Co., Ltd" şirkətinin nümayəndələri ilə görüş keçirib.
"Operativ Media" xəbər verir ki, bu barədə nazir özünün tvitter hesabında bildirib.
"China International Energy Sources Group Co., Ltd. şirkətinin nümayəndələri ilə ölkəmizin yaşıl enerji potensialı, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr, sənaye zonalarında sahibkarlar üçün yaradılmış əlverişli investisiya mühiti və ölkəmizlə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq", - o, qeyd edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma