Menyu

Azərbaycanın dövlət büdcəsinin kəsiri 210 milyon manat artırılır

Redaksiya
Azərbaycanın dövlət büdcəsinin kəsiri 210 milyon manat artırılır

Azərbaycanın yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin kəsiri 210 milyon manat artırılaraq 2 milyard 789,3 milyon manat məbləğinə çatdırılır.

Maliyyə Nazirliyindən "Operativ Media"ya bildirilib ki, kəsirin artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait və özəlləşmədən əlavə daxilolmalar hesabına təmin ediləcək. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,5 faiz həcmində olacaq.

Teqlər:

"Azərbaycanın dövlət büdcəsinin kəsiri 210 milyon manat artırılır"

Əlaqəli Xəbərlər