Menyu

Aİ Rusiya Mərkəzi Bankının 200 milyard avrodan çox aktivlərini dondurub

Nərmin Qocamanlı
Aİ Rusiya Mərkəzi Bankının 200 milyard avrodan çox aktivlərini dondurub

Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkə müharibə səbəbilə bu günə qədər Rusiya Mərkəzi Bankının 200 milyard avrodan çox aktivlərini dondurub.

"Operativ Media" xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Kristian Viqand Brüsseldə keçirilən gündəlik mətbuat konfransında Aİ-nin müharibə səbəbiylə indiyə qədər dondurduğu Rusiya Mərkəzi Bankının aktivləri ilə bağlı açıqlamalar verib.

 “Aİ-yə üzv dövlətlər Komissiyaya təqdim edilən Rusiya Mərkəzi Bankının 200 milyard avronu aşan aktivlərini dondurub", - o qeyd edib.

Ukraynaya vurduğu zərərin əvəzini Rusiyanın ödətdirməkdə qərarlı olduqlarına diqqət çəkən Viqand, bu mövzuda işlərin intensiv şəkildə davam etdiyini bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər