"Türk axını"nı qoruyan Rusiya gəmisinə silahlı hücum edilib
Redaksiya
"Türk axını" və "Mavi axın"ı qoruyan hərbi gəmiyə hücum edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, Rusiya hərbi gəmisi hücumu həyata keçirən pilotsuz hərbi vasitələri məhv edib. İnsident Bosfor boğazından 140 kilometr şimal-şərqdə baş verib. Rusiya "Türk axını" və "Mavi axın"ı qoruyan hərbi gəmiyə hücuma görə Ukraynanı günahlandırır.
Teqlər:
"\"Türk axını\"nı qoruyan Rusiya gəmisinə silahlı hücum edilib"