Menyu

Yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 13,8 % artıb

Nərmin Qocamanlı
Yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 13,8 % artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 12 milyard 165 milyon manat, xərcləri isə 8 milyard 168,7 milyon manat təşkil edib.

"Operativ Media" xəbər verir ki, bu barədə  Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,8 % və 9,3 % çoxdur.

Son nəticədə büdcədə 3 milyard 235,2 milyon manat qalıq yaranıb ki, bu da 1 il əvvələ nisbətən 28,4 % çoxdur.

Teqlər:

"Yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 13 8 % artıb"

Əlaqəli Xəbərlər