Birinci rübdə Cənubi Qafqaz Boru Kəmərinin gündəlik ötürücülük gücü 61,6 milyon kubmetr olub
Redaksiya
Cari ilin birinci rübündə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 20 milyon dollar, əsaslı xərclər isə 2 milyon dollardan çox olub.
"Operativ Media" xəbər verir ki, bu barədə BP-nin 2023-cü ilin birinci rübünün yekun hesabatında qeyd edilib.
Rüb ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 61,6 milyon kubmetr olub.
Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Teqlər:
"Birinci rübdə Cənubi Qafqaz Boru Kəmərinin gündəlik ötürücülük gücü 61 6 milyon kubmetr olub"