"Araz Vadisi İqtisadi Zonası" sənaye parkında daha bir MMC-yə rezident statusu verilib
Nərmin Qocamanlı
"Araz Vadisi İqtisadi Zonası" sənaye parkında "İmprotex Qarabağ Sənaye Kompleksi" MMC-yə rezident statusu verilib.
"Operativ Media" xəbər verir ki, bu bardəə İqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdə bidirib.
Onun sözlərinə görə, şirkət investisiya həcmi 7,3 mln. manatdan çox olan minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların istehsalı müəssisəsi yaradacaq, 124 nəfəri işlə təmin edəcək.
"Bu müəssisənin yaradılması işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinə əhəmiyyətli töhfə verəcək və bununla da Böyük Qayıdışı sürətləndirəcək", - nazir qeyd edib.
Teqlər:
"\"Araz Vadisi İqtisadi Zonası\" sənaye parkında daha bir MMC-yə rezident statusu verilib"