Sulu qar yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Aprelin 28-29-da əsasən gündüz saatlarında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
"Operativ Media" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var.
Şərq küləyi aprelin 30-da bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net