Menyu

Azərbaycanda ət və süd istehsalında artım qeydə alınıb

Redaksiya
Azərbaycanda ət və süd istehsalında artım qeydə alınıb

Bu ilin yanvar-mart aylarında ölkədə diri çəkidə 138,3 min ton ət, 501,4 min ton süd, 543,5 milyon ədəd yumurta və 94,0 min ton tərəvəz istehsal olunub.

"Operativ Media" Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə ət istehsalı 3 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 14 faiz, tərəvəz istehsalı 0,1 faiz artıb.

Hesabat dövründə kənd təsərrüfatının ümumi məhsul istehsalında 3,4 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalında 3,5 faiz, bitkiçilik məhsullarının istehsalında isə 1,3 faiz artım qeydə alınıb.

Teqlər:

"Azərbaycanda ət süd istehsalında artım qeydə alınıb"

Əlaqəli Xəbərlər