Azərbaycanın SPECA-ya sədrliyi ilə görüləcək işlər müzakirə edilib
Redaksiya
Cenevrədə Azərbaycanın 2023-cü ildə BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üçün Xüsusi Proqramına (SPECA) sədrliyi müddətində görüləcək işlər müzakirə edilib.
"Operativ Mesdia" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdə paylaşım edib.
"SPECA-nın iştirakçı dövlətlərinin nazirlər görüşündə Azərbaycanın sədrliyi müddətində görüləcək işlər, üzv ölkələr arasında əməkdaşlığın təşviqi, milli iqtisadiyyatların səmərəliliyini artırmaq üçün inteqrasiyanın dəstəklənməsi və perspektiv layihələr barədə danışdıq", - paylaşımda qeyd olunur.
Teqlər:
"Azərbaycanın SPECA-ya sədrliyi ilə görüləcək işlər müzakirə edilib"