Menyu

DGK: Xarici ticarətdə 3,7 milyard dollarlıq müsbət saldo yaranıb

DGK: Xarici ticarətdə 3,7 milyard dollarlıq müsbət saldo yaranıb

Bu ilin yanvar-mart aylarında ölkənin xarici ticarət əməliyyatlarının həcmi 11 771,19 milyon ABŞ dolları təşkil edib.

" Operativ Media"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 863,12 milyon dollar və ya 7,9 faiz çoxdur.

Cari ilin ilk üç ayında ixrac əməliyyatları 7 741,33 milyon dollar olub ki, bu da 2022-ci ilin eyni göstəricisindən 239,6 milyon dollar (3 faiz) azdır.

Hesabat dövründə ölkənin idxal əməliyyatlarının dəyəri illik ifadədə 1 102,72 milyon dollar (37,7 faiz) artaraq 4 029,86 milyon dollar təşkil edib.

Ölkənin xarici ticarətində 3 711,47 milyon dollar məbləğində müsbət saldo yaranıb.

Teqlər:

"DGK: Xarici ticarətdə 3 7 milyard dollarlıq müsbət saldo yaranıb"

Əlaqəli Xəbərlər