Azərbaycan və BƏƏ arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
Nərmin Qocamanlı
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Limanlar Qrupunun baş icraçı direktoru Məhəmməd Cuma Əl-Şamisi ilə video formatda görüş keçirib.
"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri "Twitter"də bildirib.
"Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Limanlar Qrupunun baş icraçı direktoru Məhəmməd Cuma Əl-Şamisi ilə video formatda keçirdiyimiz görüşdə qurum ilə ölkəmiz arasında əməkdaşlıq perspektivləri, biznes və investisiya imkanları barədə fikirlərimizi bölüşdük", - nazir qeyd edib.
Teqlər:
"Azərbaycan və BƏƏ arasında əməkdaşlıq perspektivləri müzakirə edilib"