Menyu

Özbəkistan prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Operativ Media
Özbəkistan prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edib. 

Operativ Media xəbər verir ki, Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Şavkat Mirziyoyev görüş zamanı bildirib ki, Azərbaycan və Özbəkistan liderlərinin güclü siyasi iradəsi sayəsində münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə çatıb. Qarşılıqlı ticarət 40 faiz artıb, birgə müəssisələrin sayı təxminən 450-yə çatıb və yük daşımalarının həcmi ikiqat artıb.

O bildirib ki, Özbəkistan və Azərbaycan arasında birgə investisiya portfelini yaxın gələcəkdə 10 milyard dollara çatdırmaq üçün iddialı bir məqsəd qoyulub.

Qarşıdan gələn yüksək səviyyəli görüşlərin ikitərəfli əməkdaşlığa yeni təkan verəcəyi vurğulanıb. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər