Menyu

İlham Əliyev: Ermənistan etibarlı yanacaq mənbəyinə malikdir və bu mənbə Azərbaycandır

Operativ Media
İlham Əliyev: Ermənistan etibarlı yanacaq mənbəyinə malikdir və bu mənbə Azərbaycandır

Azərbaycan birtərəfli qaydada Ermənistana tətbiq etdiyi bütün tranzit məhdudiyyətlərini aradan qaldırıb.

Operativ Media xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.

Dövlət başçısı qeyd edib ki, Rusiyadan, Qazaxıstandan və digər ölkələrdən Ermənistana 40 mindən çox ton müxtəlif yük Azərbaycan ərazisindən daşınıb.

“Bundan əlavə, Azərbaycan özü də Ermənistana neft məhsulları ixrac etməyə başlayıb. Səhv etmirəmsə, bu günədək 10 mindən çox ton neft məhsulu tədarük olunub. Xüsusilə də bir çox ölkələrin yanacaq çatışmazlığı ilə üzləşdiyi indiki şəraitdə Ermənistan etibarlı yanacaq mənbəyinə malikdir və bu mənbə Azərbaycandır. Əgər bu olmasaydı, yəqin ki, Ermənistan bu gün benzin və dizeli dünyanın müxtəlif yerlərində axtarmağa məcbur qalardı”, - Prezident İlham Əliyev vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər