Menyu

İtalyan müdafiəçi "Paris" klubuna transfer olunub

Əziz Əzizli
İtalyan müdafiəçi "Paris" klubuna transfer olunub

İngiltərənin "Brayton" klubunun müdafiəçisi Dieqo Koppolanın "Paris"ə keçidi ilə bağlı bütün rəsmi prosedurlar dörd gün əvvəl başa çatıb.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Məlumata görə, 22 yaşlı italyan futbolçunun transfer dəyəri 20 milyon avro təşkil edəcək. Cari ilin yanvar ayından etibarən "Paris"də icarə əsasında çıxış edən Koppola, Fransa təmsilçisinin heyətində meydana çıxdığı 14 qarşılaşmada bir məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçi 2025/2026-cı illər mövsümünün ilk yarısında isə "Brayton"un heyətində səkkiz matçda iştirak edib.

​Qeyd edək ki, gənc oyunçunun İngiltərə klubu ilə hazırkı müqaviləsinin müddəti 2030-cu il iyunun 30-dək nəzərdə tutulub.

"Transfermarkt" portalı Koppolanın bazar qiymətini 18 milyon avro dəyərində qiymətləndirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər