Menyu

Bakı–Quba yolunda yanacaqdaşıyan avtomobil aşıb

Operativ Media
Bakı–Quba yolunda yanacaqdaşıyan avtomobil aşıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı–Quba–Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun 60-cı kilometrliyində yanacaqdaşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Operativ Media-ya FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “MAN” markalı yanacaqdaşıyan avtomobilin idarəetməni itirərək yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsinin baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtomobilin yanacaq çəni hissəsində baş vermiş yanğın kabinəyə keçməsinə, habelə ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin qoşqusunda olan yanacaq çəni və ətrafa dağılmış yanacaq 500kv.m. sahədə yanıb.

Xəsarət alan olmayıb.

Avtomobilin kabinəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər