"Real Madrid"li futbolçular Dünya Kubokunda tarixi qol rekordunu qırdılar
"Real Madrid"li futbolçular bir Dünya Kubokunda eyni klubun oyunçularının vurduğu ən çox qol rekordunu qırıblar.
Operativ Media xəbər verir ki, İspaniya nəhənginin oyunçuları cari 2026-cı il Dünya Çempionatında ümumilikdə 19 dəfə rəqib qapılarına yol taparaq yeni tarixi rekorda imza atıblar. Rekord xalını İngiltərə millisinin heyətində Norveçə qarşı dubl edən Cud Bellingem tamamlayıb.
Klubun turnirdəki bombardirlər siyahısına 8 qolla Fransa yığmasının hücumçusu Kilyan Mbappe başçılıq edir. Digər qolları isə İngiltərə təmsilçisi Cud Bellingem (6 qol), Braziliya millisinin üzvü Vinisius Junior (4 qol) və Türkiyə yığmasının gənc ulduzu Arda Gülər (1 qol) aktivlərinə yazdırıblar.
Qeyd edək ki, əvvəlki tarixi rekord 18 qolla Budapeşt "Honved"i (1954), "Bavariya" (2014) və PSJ (2022) klublarına məxsus idi. Madrid təmsilçisi bu nəticə ilə futbol tarixində bir ilkə imza ataraq zirvəyə təkbaşına sahiblənib.