Azərbaycan boksçuları beynəlxalq turnirdə mübarizə aparacaqlar
Operativ Media
İyulun 11-də Almaniyanın Frankfurt şəhərində 19 yaşadək boksçular arasında beynəlxalq turnir start götürəcək.
Boks Federasiyasından Operativ Media-ya bildirilib ki, 4 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
Oğlanların mübarizəsində Əli Əliyev (50 kiloqram), Nihat Qasımov (55 kiloqram), Əli Baxışov, Sübhan Babayev, Toğrul Quliyev (hər üçü 60 kiloqram), Şahin Aslanov (65 kiloqram), Rza Rzayev (70 kiloqram), Renat Qiyaslı (75 kiloqram), Səftər Məmmədzadə və Məhəmməd Cəfərova (hər ikisi +90 kiloqram) qüvvələrini sınayacaqlar.
Qızlarda isə Banuçiçək Nəsirli (48 kiloqram) ilə Gülər Hüseynova (51 kiloqram) rinqə çıxacaqlar.
Qeyd edək ki, turnirdə ölkəmizi Elxan Quliyev hakim kimi təmsil edəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net