Menyu

Mərkəzi Bankda Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

Nərmin Qocamanlı
Mərkəzi Bankda Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

Mərkəzi Bankda Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov "Twitter" hesabında bildirib.

"Mərkəzi Bankda Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə görüşdük. Görüş zamanı ölkənin maliyyə sisteminin davamlı inkişafının təmin olunmasında ödəniş xidmətlərinin genişləndirilməsi və bank olmayan ödəniş xidmət təchizatçılarının ödəniş bazarında rolunun gücləndirilməsi istiqamətlərini müzakirə etdik. Görüşdə fintex nümayəndələrinin qanunvericilik layihələri ilə bağlı, həmçinin cari fəaliyyətlərində qarşılaşdıqları məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Mərkəzi Bankın ödəniş xidmətləri bazarlarının inkişafı istiqamətində apardığı islahatlar və həyata keçirtdiyi layihələr, habelə nağdsız ödənişlərin genişləndirilməsi üzrə təşəbbüslər barədə məlumat verildi", - sədr qeyd edib.

 

Nərmin Qocamanova

Teqlər:

"Mərkəzi Bankda Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib"

Əlaqəli Xəbərlər