Azərbaycanda 2026-cı ilə kimi 60 Su Elektrik Stansiyası tikilib istifadəyə veriləcək
Redaksiya
Azərbaycanda 2026-cı ilə kimi 60 Su Elektrik Stansiyası tikilib istifadəyə veriləcək.
"Operativ Media" xəbər verir ki, bunu sözləri energetika nazirinin müavini Elnur Soltanov deyib.
O bildirib ki, 2030-ci ilə kimi Azərbaycan “yaşıl enerji”yə keçid edəcək: “Yaşıl enerji” dəhlizinin yaradılması istiqamətində böyük işlər görülüb. Biz ABŞ ilə bu sahədə əməkdaşlıq etməyə hazırıq və Amerika şirkətlərini Azərbaycanda alternativ enerji mənbələrinin inkişafına sərmayə yatırmağa dəvət edirik. ABŞ şirkətləri işğaldan azad edilən ərazilərdə həyata keçirilən “yaşıl enerji” layihələrində iştirak edə bilərlər. Bu layihələrin həyata keçirilməsi iqlim problemlərinin həllində mühüm rol oynayacaq”.
Teqlər:
"Azərbaycanda 2026-cı ilə kimi 60 Su Elektrik Stansiyası tikilib istifadəyə veriləcək"