Dünya bazarında "Azeri Light" markalı neftin son satış qiyməti bəlli olub.
Operativ Media birjalara istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,06 ABŞ dolları və ya 0,05 % azalaraq 122,26 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 122,32 ABŞ dolları təşkil edib.