Menyu

XİN rəhbəri: Azərbaycanın İsraillə münasibətlərini inkişaf etdirməsi digər ölkələri narahat etməməlidir

Redaksiya
XİN rəhbəri: Azərbaycanın İsraillə münasibətlərini inkişaf etdirməsi digər ölkələri narahat etməməlidir

Azərbaycanın digər ölkələrlə, o cümlədən İsraillə münasibətlərini inkişaf etdirməsi digər ölkələri narahat etməməlidir.

"Operativ Media" xəbər verir ki, bunu APA-nın İsrailə ezam olunmuş xüsusi müxbirinin sualına cavab olaraq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Nazirin sözlərinə görə, bu, ilk növbədə həmin ölkələrin və Azərbaycan dövlətinin firavanlığına, bölgədə sülh, sabitlik və əmin-amanlığa xidmət edir.

"Azərbaycanın xarici siyasət prioritetlərinə nəzər yetirsəniz görərsiniz ki, Azərbaycan bütün ölkələrlə dost, tərəfdaşlıq münasibətlərinin qurulmasını və inkişaf etdirilməsini hər zaman təşviq edir. Azərbaycanın hər hansı bir dövlətlə yaxın münasibətlərinin qurulması, onun inkişaf etdirilməsi o deməkdir ki, bütün sahələrdə qarşılıqlı maraqlar nəzərə alınır, müxtəlif sahələrdə layihələr irəli aparılır", - XİN rəhbəri qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər