Menyu

Şəkər və qənnadı məmulatları üzrə ixrac gəlirləri 4 dəfədən çox artıb

Operativ Media
Şəkər və qənnadı məmulatları üzrə ixrac gəlirləri 4 dəfədən çox artıb

Cari ilin yanvar-mart aylarında Azərbaycan 42 milyon 369,78 min dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. Bu göstərici 2025-ci ilin eyni ayları ilə müqayisədə 20,4 faiz azdır.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya bildirilib ki, hesabat dövründə, həmçinin ölkədən 28 milyon 654,46 min dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edilib. Bu isə illik müqayisədə 4,4 dəfə artım deməkdir.

Yanvar-mart aylarında şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə ixrac Azərbaycanın ümumi ixracının 0,1 faizini, idxalı isə ümumi idxalın 0,94 faizini təşkil edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər