İsrailin hava zərbələri nəticəsində Livanda beş nəfər həlak olub
Operativ Media
İsrailin Livanın Məcdəl Zun şəhərinə endirdiyi hava zərbəsi nəticəsində azı beş nəfər ölüb.
Operativ Media xəbər verir ki, bu barədə Livan ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hava hücumu xilasetmə əməliyyatlarının aparıldığı binalardan birini hədəfə alıb. “Xilasediciləri müşayiət edən ordu patrulundan iki əsgər yaralanıb”, – deyə açıqlamada qeyd olunur.