Menyu

Putin: Rusiyada terror təhlükəsi riski artır

Operativ Media
Putin: Rusiyada terror təhlükəsi riski artır

Rusiyada terror təhlükəsi riski artır.

Operativ Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin 2026-cı ildə keçiriləcək seçkilərlə bağlı təhlükəsizlik məsələlərinə həsr olunmuş müşavirədə deyib.

Putin Ukraynanı terror metodlarına əl atmaqda ittiham edərək qeyd edib ki, Kiyev cəbhədə uğur qazana bilmədiyi üçün bu üsullara əl atır.

Onun sözlərinə görə, Ukrayna və onu dəstəkləyən qüvvələr açıq terror metodlarına keçiblər və Rusiyada keçiriləcək seçkilərə mane olmağa çalışa bilərlər.

Rusiya Prezidenti əlavə edib ki, 2026-cı ilin sentyabrında keçiriləcək seçkilər zamanı bütün iştirakçıların təhlükəsizliyinin təmin edilməsi əsas prioritetdir.

Əlaqəli Xəbərlər