MÜTDA: Azərbaycanda 5 831 şagirdə qırmızı kart verilib
Şəfa Hüseynli
Azərbaycanda 5 831 şagirdə qırmızı kart verilib.
Operativ Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov brifinqdə deyib.
O bildirib ki, şagirdlərə verilən yaşıl, sarı və qırmızı kartların statistik müqayisəsi aparılıb: "Yaşıl kartların yüksək göstəricisi məktəb mühitində müsbət davranışların üstünlük təşkil etdiyini və pozitiv dəyişikliklərin baş verdiyini göstərir. Belə ki, cari ilin yanvar və fevral ayları üzrə təqdim olunan hesabatlara əsasən, ölkə üzrə ümumtəhsil məktəblərində 29 161 sarı kart, 5 831 qırmızı kart verilib. Yaşıl kartların sayı isə 46 383 olub".