Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla ABŞ-yə rəsmi səfərləri çərçivəsində Ağ Evdə Prezident Donald Tramp və birinci xanım Melaniya Trampla görüşüblər.
Operativ Media xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Bildirilib ki, bu, Kral Çarlzın monarx kimi ABŞ-yə ilk dövlət səfəridir.
Dörd günlük dövlət səfəri çərçivəsində Kral Çarlzın Konqresdə çıxışı planlaşdırılır. Konqresə edilən müraciətdə ABŞ vitse-prezidenti J.D. Vens də iştirak edəcək.