Menyu

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Operativ Media
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında "güclü külək" işarəsi aktivləşdirilib.

"Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - məlumatda qeyd edilib.

Əlaqəli Xəbərlər