Mikayıl Cabbarov: Azərbaycan-Çexiya iqtisadi münasibətləri yeni səviyyəyə çatır
Operativ Media
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə keçirilən Azərbaycan – Çexiya biznes forumunda ölkələrimizin biznes tərəfdaşlığının möhkəmləndirilməsi imkanlarını qeyd etdik".
Operativ Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz "X" hesabında etdiyi paylaşımda bildirib.
"Ticarət, investisiya, nəqliyyat, logistika, yaşıl enerji, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın perspektivləri, birgə fəaliyyətin təşviqi və işgüzar təmasların artırılması barədə fikirlərimizi bölüşdük.
İrəli sürülən ortaq təşəbbüslər və iqtisadi münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatması əlaqələrimizin inkişafına və əməkdaşlığın dərinləşməsinə töhfə verəcək", - nazir paylaşımda qeyd edib.