Menyu

İsveçdə Ukrayna nümayəndələrinin iştirakı ilə hərbi təlimlər başlayıb

Şəfa Hüseynli
İsveçdə Ukrayna nümayəndələrinin iştirakı ilə hərbi təlimlər başlayıb

İsveç Silahlı Qüvvələri NATO ölkələrindən olan hərbçilərin, eləcə də Ukrayna nümayəndələrinin iştirakı ilə ən böyük milli təlim olan "Aurora 26"ya başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə İsveç Silahlı Qüvvələri məlumat yayıb.

Nazirlik əlavə edib ki, "təlimdə 16 mindən çox İsveç hərbi qulluqçusu, dənizçisi və zabiti, eləcə də təxminən 1500 xarici hərbi qulluqçu iştirak edir. Xarici iştirakçılar arasında ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Hollandiya, Almaniya, Danimarka, Norveç, Finlandiya, Estoniya və Latviyadan olan qoşunlar var. Təlimlər 13 maya qədər davam edəcək".

Təlimlər əsasən İsveçin cənub və mərkəzi hissəsində, Qotland adasında və Baltik dənizi bölgəsində keçiriləcək. 

Əlaqəli Xəbərlər