Menyu

Nazir Qəbələdə pivə və alkoqolsuz içkilərin istehsalı zavodunda görülən işlərlə tanış olub

Operativ Media
Nazir Qəbələdə pivə və alkoqolsuz içkilərin istehsalı zavodunda görülən işlərlə tanış olub

İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Gabala Beverage Company” şirkətininin təsisçisi Sezar Çöçelli ilə Qəbələdə pivə və alkoqolsuz içkilərin istehsalı zavodunun tikintisi layihəsi üzrə görülən işlərlə tanış olub.

Operativ Media xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.

"Azərbaycan Biznesinin İnkişafı Fondunun payçısı olduğu layihənin regionun iqtisadi potensialının reallaşdırılması, texnologiyaların transferi, məşğulluğun təşviqi və idxaldan asılılığın azaldılması baxımından perspektivlərini qeyd etdik. Bu istiqamətlərdə görülən işlər ölkə iqtisadiyyatına investisiyaların artımını və qeyri-neft-qaz sektorunda dayanıqlı inkişafı təmin edir". - paylaşımda qeyd edilib.


Əlaqəli Xəbərlər