Menyu

ABŞ və Yaponiya birgə pilotsuz uçuş aparatları istehsal edəcək

Operativ Media
ABŞ və Yaponiya birgə pilotsuz uçuş aparatları istehsal edəcək

ABŞ və Yaponiya hökumətləri ikili təyinatlı məhsulların hazırlanması və istehsalı üçün bir il ərzində dövlət-özəl tərəfdaşlıq mexanizmini işə salmağı planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə “Kyodo” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, ilk böyük layihə pilotsuz uçuş aparatlarının istehsalı olacaq.

Bildirilib ki, Yaponiya sənaye şirkətləri ABŞ texnologiyalarından istifadə edərək istehsal həyata keçirəcək. “Kyodo”nun qeydinə görə, Yaponiya hökuməti bu yaxınlarda silah ixracına qoyulan məhdudiyyətləri yumşaldarkən əsasən ABŞ ilə əməkdaşlığı nəzərdə tutub və silahlı münaqişələrdə iştirak edən ölkələrə müəyyən güzəştlər edib.

Əlaqəli Xəbərlər