Menyu

ABŞ Sakit okeanda narkotik daşıyan gəmiyə zərbə endirib, üç nəfər ölüb

Operativ Media
ABŞ Sakit okeanda narkotik daşıyan gəmiyə zərbə endirib, üç nəfər ölüb

ABŞ Silahlı Qüvvələri Sakit okeanın şərq hissəsində narkotiklərin daşınması üçün istifadə edilən gəmiyə zərbə endirib.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) "X" sosial şəbəkəsində bildirib.

Məlumata görə, hücum nəticəsində üç narkotacir öldürülüb.

"SOUTHCOM komandanı general Frensis Donovanın göstərişi ilə "Cənub nizəsi" birləşmiş əməliyyat qrupu aprelin 26-da gəmiyə zərbə endirib. Kəşfiyyat təsdiqləyib ki, o, Sakit okeanın şərq hissəsində narkotik vasitələrin qaçaqmalçılığının məlum marşrutları üzrə hərəkət edib və narkotrafik həyata keçirmək üçün istifadə olunub", - məlumatda bildirilib.

Əməliyyat zamanı ABŞ hərbçilərindən heç kimin xəsarət almadığı SOUTHCOM tərəfindən dəqiqləşdirilib.

Ötən şənbə günü Sakit okeanda narkotacirlərin gəmisinə endirilən zərbə barədə məlumat verilmişdi, o zaman iki nəfər öldürülmüşdü.

Əlaqəli Xəbərlər