ABŞ-nin İndiana ştatının Bluminqton şəhərində yerləşən İndiana Universitetinin kampusu yaxınlığında baş verən atışma nəticəsində azı 9 nəfər yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə “The New York Post” qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə aprelin 26-na keçən gecə yarısı Kirkvud prospektində, tələbələrin məşhur veloyarışı münasibətilə bayram etdiyi vaxt baş verib.
Polis hadisə yerinə gələrək universitetdən bir kvartal aralıda yaralıları aşkarlayıb. Doqquz nəfər xəstəxanaya yerləşdirilib.