Cəlilabadda imtahandan qayıdan şagirdlər qəzaya düşüb
Operativ Media
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, qəza rayonun Zopun kəndi ərazisində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər yaralanıb.
Yaralılar rayon xəstəxanasına çatdırılıb və hazırda onlara tibbi yardım göstərilir.
Məlumata görə, avtomobillərdən birində bu gün keçirilən 9-cu siniflərin buraxılış imtahanından qayıdan şagirdlər olub. Faktla bağlı araşdırma aparılır.