Menyu

SEPAH Hörmüz boğazında iki gəmini saxlayıb

Operativ Media
SEPAH Hörmüz boğazında iki gəmini saxlayıb

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazı rayonunda iki konteyner gəmisini saxlayıb.

Operativ Media xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Məlumata görə, SEPAH-ın Hərbi Dəniz Qüvvələri boğaz akvatoriyasındakı monitorinq sistemləri vasitəsilə qaydaları pozan iki gəmini aşkar edib.

Bunlar İsraillə əlaqəli olduğu bildirilən “MSC Francesca” və “Epaminondas” gəmiləridir.

İran tərəfinin iddiasına görə, hər iki gəmi rəsmi icazə olmadan boğazdan gizli şəkildə keçməyə cəhd göstərib.

Bildirilib ki, gəmi heyətləri aşkarlanmamaq üçün naviqasiya avadanlıqlarını qəsdən sıradan çıxarıb və mütəmadi olaraq dənizçilik qaydalarını pozublar.

Əlaqəli Xəbərlər