Ərdoğan Vaşinqtondakı silahlı hücum cəhdini pisləyib
Operativ Media
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən gecə Vaşinqtonda, Ağ Ev Müxbirləri Birliyinin şam yeməyi zamanı baş vermiş silahlı hücum cəhdini pisləyib.
Operativ Media xəbər verir ki, dövlət başçısı özünün "X" hesabında paylaşdığı müraciətdə bu ifadələrə yer verib:
"Ötən gecə Vaşinqtonda Ağ Ev Müxbirləri Birliyinin şam yeməyində törədilən silahlı hücum cəhdini qətiyyətlə pisləyirəm.
ABŞ Prezidenti cənab Tramp və hörmətli xanımı Melaniya başda olmaqla, heç kimin xəsarət almaması bizim üçün sevindirici haldır. Demokratiyalarda mübarizə ideyalarla aparılır, şiddətin heç bir növünə yer yoxdur. Prezident Trampa, xanımına, ABŞ rəhbərliyinə və Amerika xalqına 'keçmiş olsun' diləklərimi çatdırıram".