Şahbaz Şərif və Pezeşkian arasında telefon danışığı olub
Operativ Media
Pakistanın Baş naziri Şahbaz Şərif və İran prezidenti Məsud Pezeşkian Yaxın Şərqdə sülhün bərqərar olması səylərini müzakirə ediblər.
Operativ Media xəbər verir ki, bu barədə Pakistan Baş nazirinin ofisi məlumat verib.
"50 dəqiqə davam edən söhbət zamanı iki lider mövcud regional vəziyyət və bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsi üçün göstərilən səylər barədə ətraflı fikir mübadiləsi apardılar", - deyə açıqlamada bildirilir.
Qeyd edilib ki, Şərif 11-12 aprel 2026-cı il tarixlərində İslamabadda keçirilən danışıqlarda yüksək vəzifəli İran nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirib.