Mali Silahlı Qüvvələri ölkənin müxtəlif bölgələrində hökumət qoşunlarına hücum edən azı 80 yaraqlını zərərsizləşdirib.
Operativ Media xarici KİV-ə istinafən xəbər verir ki, hücumlar "Əl-Qaidə"yə bağlı JNIM qruplaşması və tuareq üsyançıları tərəfindən koordinasiyalı şəkildə həyata keçirilib.
Silahlılar paytaxt Bamako daxil olmaqla, ölkənin qərb, mərkəz və şimal-şərqindəki onlarla məntəqəni hədəf alıblar.