Ana səhifə / Dünya / Estoniya Rusiya mallarına rüsum tətbiq etməyi təklif edir Estoniya Rusiya mallarına rüsum tətbiq etməyi təklif edir 25.04.2026, 15:34 Operativ Media Estoniya hökuməti Rusiyadan idxal olunan məhsullara xüsusi gömrük rüsumlarının tətbiq edilməsi təşəbbüsü ilə çıxış edib. Operativ Media xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Ölkənin Baş naziri Kristen Mixalın sözlərinə görə, toplanacaq vəsaitlərin Ukraynanın müharibədən sonrakı bərpasına yönəldilməsi nəzərdə tutulur. Hökumət başçısı hazırda bu təklifin müvafiq səviyyələrdə müzakirə edildiyini diqqətə çatdırıb.