Ukrayna və Rusiya hərbi əsir mübadiləsi aparıblar.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün Telegram kanalında məlumat verib.
Bildirilib ki, Ukrayna 193 hərbi qulluqçunu geri qaytarıb. Rusiya tərəfi də 193 hərbi əsirinin geri qaytarıldığını təsdiqləyib.
Zelenskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrdə, Milli Qvardiya, Dövlət Sərhəd Xidməti, Milli Polis və Xüsusi Dövlət Nəqliyyat Xidmətində xidmət etmiş hərbçiləri geri qaytarıb.