Pakistan və Misir XİN rəhbərləri telefon danışığı aparıb
Operativ Media
Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar misirli həmkarı Badr Abdelatti ilə telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər söhbət zamanı rəsmi İslamabadın vasitəçiliyi ilə həyata keçirilən cari diplomatik səyləri nəzərdən keçiriblər.
Telefon danışığı zamanı dialoq və diplomatiyanın vacibliyi xüsusi vurğulanıb. Nazirlər həm regionda, həm də ondan kənarda sülhün və təhlükəsizliyin təmin olunması üçün davamlı əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.
Diplomatlar müxtəlif istiqamətlərdə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi barədə də fikir mübadiləsi aparıblar.